“Güləni bizə verin, ya da...” - Obamaya şərt

“Güləni bizə verin, ya da...” - Obamaya şərt
  24 Sentyabr 2014    Oxunub:2247
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dini lider Fətullah Gülən barəsində qırmızı bülleten çıxarıla biləcəyini deyib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu barədə ABŞ-ın Xarici İşlər Şurasında çıxışından sonra bildirib:

“Cənab prezident Obama başda olmaqla ABŞ-dan olan dostlarımıza bu məsələni izah etdik. Obamaya dedik ki, sizin bizdən istədiyiniz terrorçuları biz sizə təhvil verdiyimiz kimi, siz də bizim milli təhlükəsizliyimizi təhdid edən adamı ölkədən çıxarın. Yaxud da günahsız olduğunu iddia edirsə, onu bizə təhvil verin. Ümid edirəm ki, Türkiyə və Amerika hökuməti hər iki ölkə üçün təhlükə olan bu təşkilatla mübarizədə iş birliyi edəcək. Qırmızı bülleten çıxarıla bilər”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti