Pedofil səfir həbs edildi

Pedofil səfir həbs edildi
  24 Sentyabr 2014    Oxunub:1509
Katolik kilsəsinin keçmiş baş yepiskopu və Vatikanın səfiri Yozef Vesolovski saxlanılıb.
AzVision.az xəbər verir ki, buna səbəb onun uşaq istismarında təqsirli bilinməsidir. Rəsmi Vatikanın açıqlamasına görə, Vesolovski Papanın səfiri kimi Dominikan Respublikasında fəaliyyəti dövründə uşaqlarla cinsi əlaqəyə girmək üçün pul ödəyib. Səhhəti ilə əlaqədar olaraq keçmiş baş yepiskop hələ ki, ev dustağıdır.

Qeyd edək ki, Vesolovski ilə bağlı belə iddialar ötən il də səslənmişdi. Almaniyanın “Focus” jurnalı onun 2008-2013-cü illərdə ən azı 7 uşağa kilsəyə aid yerlərdə təcavüz etdiyini yazmışdı. 67 yaşlı Vesolovski vəzifəsindən azad edilmiş, 2014-ci ilin iyun ayında bütün titulları əlindən alınmışdı.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti