ABŞ söz verdi: “Əsədə əl vurmayacağıq”

ABŞ söz verdi: “Əsədə əl vurmayacağıq”
  24 Sentyabr 2014    Oxunub:2035
ABŞ İrana Suriyada İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlılarına qarşı aviazərbələr endirdiyi zaman hökumət qüvvələrinə hücum etməyəcəklərinə dair söz verib.
AzVision.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran hökumətindən olan mənbə bildirib.

Mənbənin bildirdiyinə görə, aviazərbələrin endirilməsi məsələsi ABŞ dövlət katibi Con Kerrinin iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşü zamanı müzakirə edilib.
“ABŞ İrana İŞİD qarşı aviazərbələr zamanı Əsəd və onun hökumətinin hədəf olmayacağına dair söz verib”, – deyə mənbə bildirib.

Agentliyin məlumatına görə, ABŞ tərəfi Suriyada planlaşdırılan aviazərbələr barədə əvvəlcədən İran tərəfini məlumatlandırıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti