ABŞ Suriyada İŞİD-ə zərbə vurdu

ABŞ Suriyada İŞİD-ə zərbə vurdu
  23 Sentyabr 2014    Oxunub:1822
ABŞ və tərəfdaş ölkələr İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlılarının Suriyadakı mövqelərinə aviazərbələr endirib.
AzVision.az-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi Pentaqona istinadən xəbər verir.

Bununla da İŞİD-ə qarşı yeni və daha çətin cəbhə açılıb.

“Mən təsdiq edə bilərəm ki, ABŞ hərbçiləri və tərəfdaş ölkələr Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirib. Əməliyyatlarda qırıcılar, bombardmançı təyyarələr, həmçinin “Tomahawk” raketlərindən istifadə olunub. Əməliyyatların davam etdirildiyini nəzərə alsaq, mən sizə əlavə məlumat verə bilmərəm. ” – deyə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti