İsrail və Fələstin birbaşa danışıqlar aparacaq

İsrail və Fələstin birbaşa danışıqlar aparacaq
  22 Sentyabr 2014    Oxunub:1230
Misirin paytaxtı Qahirədə Qəzza sektorunda atəşkəs rejiminin davam etdirilməsi məqsədilə İsrail və Fələstin arasında sentyabrın 23-də birbaşa aparılacaq.
AzVision.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fələstinin Rusiyadakı səfiri Faed Mustafa bildirib.

Səfirin sözlərinə görə, İsrail nümayəndələri ilə görüşdə vahid mövqe sərgiləmək məqsədilə FƏTH və HƏMAS təşkilatları görüş keçirəcək: “Artıq Fələstin və İsrail arasında danışıqların davam etdirilməsi məqsədilə razılaşma var. Bizim nümayəndə heyətimiz bu gün Qahirəyə yollanacaq”.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti