Nazarbayev Ermənistanın “Yeni SSRİ”-yə qoşulmasını istəmir

Nazarbayev Ermənistanın “Yeni SSRİ”-yə qoşulmasını istəmir
  20 Sentyabr 2014    Oxunub:2750
Qazaxıstan XİN nümayəndələri diplomatik kanallar vasitəsilə Ermənistan və Rusiyaya xəbərdarlıq edib ki, oktyabrın 10-da Minskdə keçiriləcək görüşə qədər rəsmi Astana Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü barədə yekun qərara gəlməyə bilər.

AzVision.az-in məlumatına görə, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti öz mənbələrinə istinadən xəbər verir.

Qazaxıstan XİN-in rəsmiləri Ermənistanın üzvlülüyü barədə yekun qərarın oktyabrın 15-də hazır olacağını bildiriblər.

“Bu cür mövqe ondan xəbər verir ki, Qazaxıstan oktyabrın 10-da baş tutacaq görüşdə Ermənistanın Aİİ-yə üzv olmasına mane olacaq” ,– deyə məqalədə qeyd edilib.

Qəzetin mənbələrinin sözlərinə görə, üzülüklə bağlı məsələlərlə məşğul olan erməni diplomatlar artıq Rusiya XİN-i və Rusiya Prezident Aparatının nümayəndələri ilə məsələhətləşmələrə başlayıb.

“Rusiya Prezident Aparatında bildirlib ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin mövqeyi yol verilməzdir və Rusiya rəhbərliyi oktyabrın 10-da keçiriləcək görüşdə Ermənistanın Aİİ-yə üzv olmasında israrlıdır” –deyə, məqalədə bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti