Ərdoğan Bakı səfərindən danışdı

Ərdoğan Bakı səfərindən danışdı
  31 Avqust 2014    Oxunub:2170
Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan vəzifəsinin icrasına başladıqdan sonra ilk dəfə İstanbula gəlib.
Ərdoğanı Kısıklı qəsəbəsindəki evinin önündə tərəfdarları qarşılayıb.

Tərəfdarları qarşısında çıxış edən Ərdoğan milli iradənin hər şeydən üstün olduğunu ifadə edib: “Dayanmaq yox, yola davam etmək lazımdır. Prezident postuna məni namizəd gördünüz. Artıq dünya gündəmini müəyənlədirən bir Türkiyə var”.

Daha sonra Türkiyənin yeni prezidenti edəcəyi səfərlərdən danışıb: “İnşallah bazar ertəsi günü Şimali Kiprə, çərşənbə axşamı isə Azərbaycana gedəcəyik. Daha sonra NATO sammitində iştirak etmək üçün İngiltərəyə gedəcəyik. BMT-nin konfranslarında iştirak edəcəyik. İstanbul isə mənim eşqim, sevdamdır. Haqqınızı hallal edin”. (ans)


Teqlər:





Xəbər lenti