Dünyada Ebola təhlükəsi: ölü sayı artır

Dünyada Ebola təhlükəsi: ölü sayı artır
  31 Avqust 2014    Oxunub:1990
Dünya Səhiyyə Təşkilatı (DST) Qərbi Afrikada Ebola epidemiyasının tüğyan etməsi ilə əlaqədar beynəlxalq birlik üçün fəaliyyət planını elan edib. Planın əsas məqsədi 6-9 ay ərzində xəstəliyin yayılmasının qarşısını almaqdır.
DST-nin mütəxəssisləri bildirirlər ki, dünya ictimaiyyəti Ebola ilə mübarizədə təcili olaraq səylərini fəallaşdırmalıdırlar. Xəstəlik hallarının 40 faizi son üç həftədə qeydə alınıb. Xəstəliyə yoluxanların ümumi sayı artıq 1500-ü keçib.

DST-nin nümayəndəsi Bryus Eylvord qeyd edib : “Hazırkı Ebola epidemiyası özündən əvvəlkilərin hamısını əhəmiyyətli dərəcədə geridə qoyacaq. Hətta son onillikdə ən irimiqyaslı epidemiya zamanı 400-dək hadisə qeydə alınıb. Lakin rəqəmlər ən vacibi deyil. Biz istisna halları ilə qarşılaşmışıq və mövcud şəraitdə hər hansı fəaliyyət planı tərtib etmək çox çətindir”.

Virus eyni vaxtda dörd ölkədə - Qvineya, Liberiya, Nigeriya və Syerra-Leonedə yayılıb. Bu ölkələr özləri xəstəliyin yayılmasının qarşısını ala bilmirlər.

Dünya Səhiyyə Təşkilatının təklif etdiyi plan Ebola xəstəliyinə yoluxanların gətirildiyi tibb məntəqələrinin ehtiyaclarına və ölənlərin təhlükəsiz dəfn olunması qaydalarına diqqəti cəmləşdirməyi nəzərdə tutur. Sənəddə həm də ictimaiyyətin xəstəliklə mübarizədə səfərbər olmasının vacibliyini vurğulanır.


Teqlər:  





Xəbər lenti