ABŞ-ın Qarabağ planıı: Kerri danışıqlara hazıdır

ABŞ-ın Qarabağ planıı: Kerri danışıqlara hazıdır
  30 Avqust 2014    Oxunub:3017
"Heç kəs münaqişə yaratmaqda maraqlı deyil və problemin hərbi həlli yoxdur".
AzVision.az-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Turan-a müsahibəsində deyib.

"ATƏT-in Minsk qrupu çalışır ki, atəşkəs rejimi pozulmasın. İyulun 31-də başlayan gərginlik vasitəçilərin ciddi narahatlığına səbəb olub", - deyə Uorlik söyləyib. O bildirib ki, cəbhə xəttində baş verən gərginlik nəticəsində onlarla adamın ölməsi sülhün əldə olunması yolunda bizi geri salır.

"Danışıqlar masası arxasında işləmək lazımdır və qüvvəmizi ikiqat artırmalıyıq ki, münaqişə öz həllini tapsın. Atəşkəs rejiminə əməl olunması ilk şərtdir və biz ümid edirik ki, hər keçən həftə gərginliyin azalmasına səbəb olacaq".

O, həmçinin bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Uelsdəki NATO-nun sammitində və gələn həftə BMT Baş Assambleyasında görüşünün mümkünlüyü istisna deyil:

"Ancaq bu görüşlər, müzakirələr üçün hazırlıq və istək prezidentlərin özləridən asılı olacaq. ABŞ dövlət katibi Kerri bu münaqişənin nizamlanması işində rol oynamağa hazırdır. Biz tərəfləri bu imkanlardan istifadə etməyə çağırırıq".

AzVision.az


Teqlər:  





Xəbər lenti