Ərdoğan Davudoğlunu niyə baş nazir seçdi?

Ərdoğan Davudoğlunu niyə baş nazir seçdi?
  30 Avqust 2014    Oxunub:3903
“Davudoğlu zəhmətkeş insandır, ona inanıram və güvənirəm”
Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti seçildikdən sonra ilk müsahibəsini “Əl-Cəzirə” kanalına verib.

AzVision.az xəbər verir ki, Ərdoğan gündəmin daxili və xarici siyasət məsələləri haqqında fikirlərini bölüşüb və prezident kimi necə fəaliyyət göstərəcəyini açıqlayıb.

O, nə üçün Əhməd Davudoğlunun baş nazir təyin olunmasına da aydınlıq gətirib:

“Bu günə qədər istər baş nazir, istərsə də partiya rəhbəri kimi müşavirələrimizə böyük önəm vermişəm. Heç bir partiya bizim qədər müşavirələrin nəticəsinə uyğun olaraq namizəd seçmir. Biz keçirdiyimiz müşavirə və iclaslara əsasən namizədlərimizi də seçirik. Baş naziri seçərkən ən yuxarı vəzifədən ən aşağıya kimi bütün dostlarımızın fikirlərini dinlədik, öyrəndik. Bunlardan sonra gəldiyim qənaət nəticəsində Əhməd Davudoğlunun partiya rəhbəri və baş nazir kimi namizədliyini irəli verdik. Mən baş nazir olarkən Davudoğlu mənim məsləhətçim idi. Amma mən onu yalnız o vaxtdan yox, çoxdan tanıyram. O, zəhmətkeşdir. Buna inanıram və güvənirəm. Nazirləmizlə birgə ölkəni daha fərqli bir yerə aparacağıq”.

Ərdoğan eyni zamanda eks-prezident Abdulla Güllə də münasibətlərinə aydınlıq gətirib.

“Abdulla Gül xarici işlər naziri olanda, prezidentliyə namizədliyini verəndə münasibətimiz necəydisə indi də elədir. Təbii ki, partiyamızın içinə nifaq toxumu səpmək istəyənlər onun 7 illik prezidentlik dönəmində Abdulla Güllə mənim aramda, zaman-zaman xanımlarımız arasında fikir ayrılığı olduğunu ortaya atdılar. Bundan sonra da belə edə bilərlər. Amma onların bu addımları heç vaxt uğurlu olmadı və olmayacaq da. Çünki biz sıradan bir partiya deyilik. Bu bir mübarizədir və bu mübarizəyə könül verənlər inanıram ki, qiyamətədək qardaşlıq duyğusu içində bu xidməti davam etdirəcəklər”.

Emin Piri


Teqlər:  





Xəbər lenti