İŞİD Obamanı ölümlə hədələdi - (VİDEO 18+)

İŞİD Obamanı ölümlə hədələdi - (VİDEO 18+)
  29 Avqust 2014    Oxunub:5723
“İŞİD” terror təşkilatının İraqda törətdiyi qətliamlar davam edir.
AzVision.az xəbər verir ki, İŞİD kürd silahlılarına xəbərdarlıq etməkçün bir kürdün başını kəsərən videosunu social şəbəkələrdə yayıb.

“Amerika-Kürd ittifaqı liderlərinə mesaj” adıyla yayımlanan videoda narıncı rəng geyinmiş “peşmərgə”lərin danışığı yer alıb.
İŞİD bayrağı önündə kürdcə danışan Ərbilli Hasan Muhammed Haşim Bərzani başda olmaqla bütün kürdlərə səslənib. O, kürdləri Amerikayla qurduğu əlaqələrə son verməyə çağırıb.

Həmin videoda İŞİD tərəfindən ələ keçirilmiş 9 Peşmərgə yaraqlısı yer alıb. Qrup adından danışan Əhməd Zübeyr Bərzaniyə çağırış edib: “Sən indi saraylarda rahat həyat yaşayırsan. Xahiş edirəm çıxışımıza qulaq ver və bizi xilas et. Çünki hamımızın ailəsi bizi gözləyir”.

Videonun sonunda isə ən gənc peşmərgə kürdü Mosulda boğazı kəsilərək öldürülür.

Edamdan öncə Obamaya səslənən İŞİD silahlısı Amerikaya xəbərdarlıq etməyi də unutmayıb: “Obama, ay axmaq, əsgərlərini və xalqını İraq bataqlığına bir daha sürüklədin. Silah tacirləri və neft şirkətləri uğurunda qurban verdiyiniz əsgərləri unutdunuzmu? Allahın izniylə bu dəfəki müdaxilə sənin sonun olacaq”.

İŞİD nümayəndəsi sonda Bərzaniyə də eyni xəbərdarlıq edib:

“Əgər agentliyindən əl çəkməsən və səlibçilərlə qurduğun ittifaqdan geri dönməsən müsəlmanlara qarşı başlatdığın müharibədə istifadə etdiyin bu əsgərlərin hamısının sonu ölüm olacaq”.



Emin Piri


Teqlər:





Xəbər lenti