Ən son müasir standartlara cavab verən hospital üç il ərzində tikilib. Xankəndinin mərkəzində yerləşən hospital tibbi sahədə istifadə olunan ən son avadanlıqlarla təchiz olunub. 100 çarpayılıq xəstəxanada əlavə olaraq, cərahiyyə və təcili yardım şöbələri də fəaliyyət göstərir. Bundan əlavə, xəstəxanadan əvvəl tikilərək istifadəyə verilən poliklinika da bu səhiyyə müəssəsinə birləşdirilib.
Yaxın vaxtlarda ermənilər Xankəndindən yerləşən köhnə xəstəxana binasını da uçuracaq.
Qeyd edək ki, bu xəstəxananın tikintisi ilə əlaqədar olaraq “Ermənistan Fondu” ianə kampaniyası keçirib. Kampaniya çərçivəsində 22 milyon ABŞ dolları toplanıb.
Eldar Tanrıverdiyev