İŞİD musiqi və tarix dərsini qadağan etdi

İŞİD musiqi və tarix dərsini qadağan etdi
  29 Avqust 2014    Oxunub:3236
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı öz nəzarəti altında olan bölgələrdə məktəblərdə bir sıra dərsləri qadağan edib.
AzVision.az xəbər verir ki, İŞİD Suriyada ələ keçirdiyi bölgələrdə musiqi, tarix və din mədəniyyət dərslərini yasaqlayıb.

İŞİD bu fənlərdə yer alan bəzi dərslərdə uyğunsuzluq olduğunu bildirib. Məhz bu səbəbdən həmin dərslərin keçirilməsi qadağan edilib.
İŞİD-in verdiyi yeni təhsil qanununa əsasən, Suriyanın dövlət himni bütün yerlərdə ləğv ediləcək. Suriyanin adı isə "Əd-Dövlətül İslamiyyə (İslam Dövləti)" kimi dəyişdirilib.

Eyni zamanda riyaziyyat fənnində faizlərlə bağlı dərslər üstüörtülü keçiriləcək.

Emin Piri


Teqlər:





Xəbər lenti