`Putin məğlub olacaq` - Saakaşvilidən yeni mesajlar

`Putin məğlub olacaq` - Saakaşvilidən yeni mesajlar
  29 Avqust 2014    Oxunub:2984
Vladimir Putin elə münaqişəyə girib ki, oradan onun qalib çıxması mümkün deyil.
AzVision.az-ın məlumatına görə, bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Facebook səhifəsində bildirib.

“Vladimir Putin elə münaqişəyə girib ki, oradan onun qalib çıxması mümkün deyil. Onun məğlubiyyəti yalnız Ukraynanın qələbəsi olmayacaq. İlk növbədə bu Gürcüstanın qələbəsi olacaq! Bu bizim işğal olunan torpaqlarımızın geri qaytarılması olacaq! Bu bizim xalqımızın gələcəyi olacaq! Bizim Avropa seçimimizi nümayiş etdirəcək! Bu bizim uşaqlarımızın təhlükəsizliyi olacaq!

Biz hamımız bunu dərk etməli və birlikdə sülhün, ədalətin, gələcəyimizin tərəfində durmalıyıq”., – deyə Saakaşvili yazıb.



Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti