Putin separatçılardan kömək istədi

Putin separatçılardan kömək istədi
  29 Avqust 2014    Oxunub:2098
Rusiya prezidenti Vladimir Putin separatçıları mühasirədə olan Ukrayna hərbçiləri üçün humanitar dəhliz yaratmağa çağırıb.
Bu barədə AzVision.az Kremlin rəsmi saytına istinadən xəbər verir.

“Mən separatçıları mühasirədə olan Ukrayna hərbçiləri üçün humanitar dəhliz yaratmağa çağırıram. Mənasız insan itkilərindən çəkinmək lazımdır” – deyə, müraciətdə bildirilir.

Putinin sözlərinə görə, Ukrayna hərbçilərinin böyük əksəriyyəti öz iradəsi ilə deyil, verilən əmr əsasında Ukraynanın şərqində gedən davam edən hərbi əməliyyatlarda iştirak edir.

Artıq separatçılar da Rusiya prezidentinin cağırışına münasibət bildirib: “Biz mühasirəyə düşən hərbçilər üçün bir şərtlə humanitar dəhliz yarada bilərik. Onlar yaradılan dəhlizdən silahsız şəkildə keçməlidirlər”

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti