Artur Rasizadə Ərdoğanın verdiyi şam yeməyinə qatılıb

Artur Rasizadə Ərdoğanın verdiyi şam yeməyinə qatılıb
  29 Avqust 2014    Oxunub:2228
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan andiçmə mərasiminə gələn yerli və xarici qonaqların şərəfinə şam yeməyi təşkil edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirdə Ərdoğanın həyat yoldaşı və övladları, baş nazir Əhməd Davudoğlu və xanımı, millət vəkilləri də iştirak edib.

Eyni zamanda Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının sədri olması münasibətilə əncəbi dövlət rəsmilərinin təbriklərini qəbul edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Türkiyə Respublikasının yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti