Ərdoğanın andiçməsində dava düşdü

Ərdoğanın andiçməsində dava düşdü
  28 Avqust 2014    Oxunub:13334
Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə and içib.
AzVision.az xəbər verir ki, CHP-li millət vəkili Ərdoğanın and içməsindən öncə ona söz verilməsini istəyib.

Parlament spikeri Cəmil Çiçək bunun qaydalara uyğun olmadığını bildirdikdən sonra andiçmə öncəsi gərginlik və mübahisələr yaşanıb.

Engin Altay əlindəki konstitusiya kitabını Cəmil Çiçəyə doğru atıb. Bu bəzi AKP-li və CHP-li millət vəkilləri arasında mübahisəyə çevrilib. Digər deputatlar onları sakitləşdirməyə çalışıb.


Emin Piri




Teqlər:  





Xəbər lenti