Putin qondarma prezidentlə görüşdü

Putin qondarma prezidentlə görüşdü
  28 Avqust 2014    Oxunub:2026
Rusiya prezidenti Vladimir Putin “Abxaziya Respublikası”nın prezidenti Raul Hacimba ilə görüşüb.
AzVision.az-ın məlumatına görə, bu barədə rusiya prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.

Prezidentlərin görüşü zamanı Rusiya və Abxaziya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı kömək barədə yeni sazişin imzalanmasının vacibliyi vurğulanıb.

Budan əlavə Rusiyanın Abxaziyaya maliyyə yardımının artırılması, həmçinin rus investorların “Respublika”ya cəlb edilməsi məsələləri də müzakirə edilib.

Qeyd edək ki, Raul Hacimba avqust-un 24 “Abxaziya Respublikası”nda keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti