BMT-dən Azərbaycanla bağlı mühüm bəyanat

BMT-dən Azərbaycanla bağlı mühüm bəyanat
  28 Avqust 2014    Oxunub:1514
BMT-nin biznes və insan hüquqları üzrə İşçi Qrupunun üzvləri Azərbaycana etdikləri səfərin yekunları ilə bağlı bəyanat yayıblar.
Bəyanatda səfərin məqsədi, keçirilən görüşlər haqqında məlumat verilir.

Bəyanatda son illərdə Azərbaycanın davamlı iqtisadi inkişafa nail olduğu, ümumi daxili məhsulun artdığı diqqətə çatdırılır. Bildirilir ki, Azərbaycan regionda əhəmiyyətli ticarət mərkəzinə çevrilir, ölkənin telekommunikasiya və tikinti sektoru da sürətlə inkişaf etməkdədir.

Qeyd edilir ki, iqtisadi artım sosial təminatın genişləndirilməsini sürətləndirib, ölkədə yoxsulluğun səviyyəsinin xeyli azaldılması, əhalinin gəlirlərinin artırılması istiqamətində hökumətin gördüyü işlər alqışa layiqdir. Mövcud olan bir sıra problemlərin həlli üçün isə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul edilib. Konsepsiyanın məqsədləri haqqında ətraflı məlumat verilən bəyanatda qeyd edilir ki, sənəddə siyasətin formalaşmasında, söz və məlumat azadlığının inkişaf etdirilməsində vətəndaş cəmiyyətinin daha geniş iştirakının, o cümlədən kütləvi informasiya vasitələri ilə bağlı qanunvericiliyin daha da təkmilləşdirilməsinin önəminin vurğulanması təqdirəlayiqdir.


Teqlər:





Xəbər lenti