Ukraynada gərginlik: 13 ölü, 36 yaralı

Ukraynada gərginlik: 13 ölü, 36 yaralı
  27 Avqust 2014    Oxunub:1693
Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin 13 əsgəri öldürülüb.
AzVision.az “UNAİN”a istinadən verdiyi xəbərə görə, son 24 saat ərzində 13 Ukrayna hərbçisi öldürülüb, 36 nəfər isə yaralanıb.

Bu barədə Kiyevdə keçirilən mətbuat konfransında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko məlumat verib.

Qeyd edək ki, ötən gündən etibarən Luqansk vilayəti uğrunda Ukrayna ordusu və separatçılar arasında qanlı döyüşlər gedir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti