Kaliforniya Qarabağın “müstəqilliyini” tanıyacaqmı?

Kaliforniya Qarabağın “müstəqilliyini” tanıyacaqmı?
  27 Avqust 2014    Oxunub:1991
Kaliforniya Senatı sabah Qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyi ilə bağlı qətnaməyə baxacaq.

Kaliforniya Senatı “Dağlıq Qarabağ”ın müstəqilliyi ilə bağlı qətnaməni qəbul edə bilər. AzVision.az erməni mətbuatına istinadla xəbər verir ki, sözü gedən qətnaməyə Senat sabah baxacaq.

Məsələ ilə bağlı Qondarma Dağlıq Qarabağ Respublikası Amerikada yaşayan ermənilərə müraciət edib və qətnamənin qəbul olunması üçün Kaliforniya senatoru ilə əlaqə saxlayamağa çağırıb.

Qeyd edək ki, Kaliforniya Dövlət Assambleyası bu ilin may ayının 8-də “Dağlıq Qarabağ”ın müstəqilliyinin tanınması ilə bağlı qətnamə qəbul edib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti