225 separatçı öldürüldü

225 separatçı öldürüldü
  27 Avqust 2014    Oxunub:1967
Ukraynanın şərqində, Qorlovka və İlavaysk şəhərləri yaxınlığında gedən döyüşlərdə Ukrayna ordusu 225 separatçını məhv edib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Facebook” sosial şəbəkəsində yerləşdirdiyi məlumatda bildirilir.

“Üç tank, bir zirehli maşın, iki “Qrad” raketi, dörd minaatan, bir avtomobil, “Smerts” tipli qurğu və 225 separatçı məhv edilib. Separatçılar və texnika artilleriya atəşi ilə zərərsizləşdirilib” – deyə, yayılan məlumatda bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti