Ərdoğanın çıxışı naziri ağlatdı

Ərdoğanın çıxışı naziri ağlatdı
  27 Avqust 2014    Oxunub:4202
Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın baş nazir kimi qatıldığı Nazirlər Kabinetinin son iclasında duyğu dolu anlar yaşanıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan hökumət üzvləri qarşısında çıxış edərək nazirlərlə vidalaşıb.

Daha sonra nazirlər Ərdoğanla bağlı ürək sözlərini dilə gətiriblər. Ən təsirli məqam isə baş nazir köməkçisi, eyni zamanda iqtisadiyyat naziri olan Əli Babacanın çıxışı zamanı olub.

Ərdoğanın vida çıxışından qəhərlənən Əli Babacan “sizinlə çalışmaq böyük şərəf idi” deyə göz yaşları içində ürək sözlərini bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti