İrəvanı bir-birinə qatan azərbaycanlının VİDEOSU

İrəvanı bir-birinə qatan azərbaycanlının VİDEOSU
  27 Avqust 2014    Oxunub:13377
Xəbər verdiyimiz kimi, ötən gün Dubaydan Moskvaya uçan təyyarə azərbaycanlı sərnişinə görə İrəvanda məcburi eniş edib.

AzVision.az-ın " Ria Novosti-yə istinadən həmin hadisənin görüntülərini təqdim edir:



Qeyd edək ki, təyyarənin Ermənistanın paytaxtında təcili eniş etməsinə səbəb onun göyərtəsində olan içkili sərnişinlərdən birinin digərlərinə söz atması və ucadan danışması olub.

İçkili sərnişinə görə təyyarə Bakı vaxtilə 06:00-da İrəvan Hava Limanına enib.

“Təyyarə İrəvan hava Limanında 2,5 saat qaldı, təyyarə pilotları həmin sərnişini yerli polisə təhvil vermək istəyirdilər. Sonradan onun Azərbaycan vətəndaşı olduğu məlum oldu. Erməni tərəfi onu qəbul etməkdən imtina etdi. Hava limanına gələn həkimlər sərnişinə sakitləşdirici iynə vurdular və həmin şəxs yatdı. Azərbaycan vətəndaşı ilə birgə təyyarə Moskvaya uçdu. Hava limanında həmin şəxsi Rusiya polisi saxladı” – deyə, hadisə şahidləri bildiriblər.

Qeyd edək ki, Dubaydan Rusiyanın paytaxtına uçan təyyarə 3 saat geçikmə ilə hava limanına çatıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti