Ərdoğandan Gülən mətbuatına qadağa

Ərdoğandan Gülən mətbuatına qadağa
  27 Avqust 2014    Oxunub:2314
Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayı keçiriləcək. Qurultayda partiyanın yeni sədri seçiləcək.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qurultaya Fəthullah Gülənə yaxın kütləvi informasiya vasitələrinin girişinə qadağa qoyulub.

`Sözcü` qəzetinin də arasında olduğu bəzi mətbuat qurumlarının qurultayda akkreditasiyasına icazə verilməyib.

AKP-nin qurultayında `Yeni Çağ`, `Birgün`, `Aydınlıq`, `Xalq TV`, `Beynəlxalq Kanal`, eyni zamanda `Bugün TV`, `Samanyolu Xəbər`, `Kanal Türk TV`, `Zaman` qəzeti və `Cihan` agentliyi iştirak edəcək.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti