İŞİD 200 kürdü əsir götürdü

İŞİD 200 kürdü əsir götürdü
  26 Avqust 2014    Oxunub:1725
İraq və Şam İslam Dövləti yaraqlıları İraqda ən böyük su anbarı olan Mosul Su Elektrik Stansiyasını ələ keçirib.
Bu barədə AzVision.az “İTAR-TASS” agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən İŞİD stansiya ilə yanaşı 200-ə yaxın kürd döyüşçüsünü də ələ keçirib.

“Mosul Elektrik Stansiyası ərazisində İŞİD və kürdlər arasında qanlı toqquşmalar ötən gündən başlayıb. Döyüş səhər saatlarına qədər davam edib və sonda İŞİD yaraqlıları stansiyanı tamamilə nəzarətə götürüb” – deyə, “Əl Sumeria” telekanlı xəbər verir.

İraq hökuməti hələlik bununla bağlı rəsmi məlumat vermir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti