NATO Rusiyanı saymadı

NATO Rusiyanı saymadı
  25 Avqust 2014    Oxunub:2232
NATO-nun sentyabrda keçiriləcək sammitində Alyansın Rusiya ilə əlaqələri müzakirə ediləcək.

AzVision.az xarici mətbuata istinadla xəbər verir ki, rusiyalı deputatlar NATO-nun sentyabrda keçiriləcək sammitinə dəvət edilməyiblər. Bu barədə NATO-nun baş qərargahındakı diplomatik dairələrdən bildirilib.

Sentyabrın 4-5-də Uelsdə keçiriləcək sammitdə bir sıra məsələlər, NATO-nun kollektiv müdafiənin gücləndirlməsinə hazırlığı, hərbi xərclərin artırılması, Rusiya ilə münasibətlər və Ukrayna ilə əlaqələrin gücləndirilməsi, eləcə də qoşunlarının Əfqanıstandan çıxarılması müzakirə ediləcək.

Müzakirəlin əsas gündəmində Rusiya olsa da, moskvalı deputatlar Uelsə dəvət olunmayıblar. Alyans rəsmiləri rusiya nümayəndə heyyətinin sentyabr sammitində iştirakının “məqsədəuyğun” olmadığını deyiblər.

Rusiya tərəfi isə öz növbəsində NATO-dan dəvət gözləmədiklərini bildirib və NATO-nun hələ bu ilin aprel ayında Moskva ilə əməkdaşlığı pozmaq istədiyini xatırladıb. “Bu bizim təşəbbüsümüz deyildi, biz birgə işi davam etdirməyə hazır idik. Təəssüf ki, bir çox mühüm layihələr donduruldu. İndi top Alyansın əlindədir, pas istəmək fikrimizsə yoxdur”- deyə, rusiyalı mənbə bildirib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti