Ukraynada qanlı döyüşlər: 90 ölü

Ukraynada qanlı döyüşlər: 90 ölü
  25 Avqust 2014    Oxunub:2748
Ukrayna ordusu ölkənin şərqində anti-terror əməliyyatları davam etdirir. Əməliyyatlar çərçivəsində ötən gün Ukrayna ordusu 90 separatçını məhv edib.
AzVision.az-ın məlumatına görə, bu barədə Kiyevdə keçirilən mətbuat konfransında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko məlumat verib.

“İlovaysk şəhərində “Donbass” batalyonu 50, “Krivbass” batalyonu isə 40 separatçını məhv edib” – deyə, Lısenko bildirib.

Qeyd edək ki, İlovaysk şəhərində avqustun 18-dən başalayaraq Ukrayna ordusu və separatçılar arasında qanlı döyüşlər gedir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti