İran İsrail təyyarəsini vurdu

İran İsrail təyyarəsini vurdu
  25 Avqust 2014    Oxunub:4871
İranın nüvə obyektləri yaxınlığında kəşfiyyat işləri aparan İsrailə məxsus piltosuz təyyarə vurulub.
AzVision.az-ın məlumatına görə, bu barədə “Frans Press” agentliyi İslam İnqilabı Keşikçilər korpusunun yaydığı bəyanata istinadən xəbər verib.

Məlumata əsasən pilotsuz təyyarə paytaxt Tehrandan 240 kilometr cənubda Natanzə şəhərində vurulub. Hadisə barədə araşdırmalar başlayıb.

İslam İnqilabı Keşikçilər korpusunun mətbuat katibi, general Ramazan Şərif İran Dövlət Televiziyası ilə çıxışı zamanı bildirib ki, vurulan İsrail pilotsuz təyyarəsi “yeni nəsil” pilotsuz təyyarələrə aiddir. Onun sözlərinə görə, pilotsuz təyyarənin əsas hissəsi dağılmayıb və alimlər tərəfindən öyrəniləcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti