`Azərbaycan bizi qorxutmaq istəyir` - Sarkisyan

`Azərbaycan bizi qorxutmaq istəyir` - Sarkisyan
  24 Avqust 2014    Oxunub:7003
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda 2011-ci ildən bu yana heç bir irəliləyiş yoxdur.

AzVision.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Tsakadzor şəhərində yeni işə başlayan jurnalistlər qarşısında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda 2011-ci ildə keçirilmiş görüşündən sonra danışıqlar masasındakı sənədə heç bir düzəliş və ya əlavə edilməyib.

"Bizim məqsədimiz odur ki, Azərbaycan Dağlıq Qarabağ xalqının öz taleyini müstəqil şəkildə müəyyən etməsi hüququnu tanısın. Bizim başqa vəzifəmiz yoxdur, biz istəyirik ki, bu, yeni qurbanlar vermədən sülh yoluyla baş versin. Deməliyəm ki, danışıqlar prosesində proqres görmürəm, ancaq danışıqlar davam edir" Sarkisyan bildirib.

Ermənistan prezidentinin dediyinə görə Azərbaycan beynəlxalq ictimayyətə göstərmək istəyir ki, müharibə başa çatmayıb və status-kvo qəbuledilməzdir, həmçinin Ermənistanı yeni silahlar almaqla qorxutmaq istəyir. Sarkisyana görə Bakı müharibəyə başlamamaq qərarını danışıqlar prosesində güzəşt kimi təqdim etməyə çalışır ki, bu da "sadə şantaj"dır.


Teqlər:





Xəbər lenti