İsrail yenə Qəzzanı bombaladı

İsrail yenə Qəzzanı bombaladı
  24 Avqust 2014    Oxunub:1308
İsrail ilə Fələstinin Həmas hərəkatı arasında döyüşlər davam edir. İsrail hərbi qüvvələri növbəti dəfə Qəzza zolağına aviazərbələr endirib.

Qəzza, Rafah və Xan Yunis şəhərləri raket zərbələrinə məruz qalıblar. Rafah şəhərində raketlərdən biri yaşayış məntəqəsinə tuş gəlib. Nəticədə 6 fələstinli yaralanıb. Qəzza şəhərində isə, Həmas üzvü öz avtomobilində raket zərbəsinə tuş gələrək ölüb. Zərbə nəticəsində yaxınlıqda olan 11 nəfər yaralanıb.

Ötən gün 12 mərtəbəli binaya edilən hücum anı həvəskar kameraya düşüb. Binanın uçması nəticəsində 5 nəfər ölmüş, 22 nəfər xəsarət almışdı. Xəsarət alanların 11-i uşaq, 5-i qadındır.



Teqlər:





Xəbər lenti