Almaniya Türkiyəni 38 ildir dinləyir

Almaniya Türkiyəni 38 ildir dinləyir
  24 Avqust 2014    Oxunub:2664
Almaniyanın Xüsusi Xidmət orqanı BND 1976-ci ildən etibarən Türkiyəni dinləyir.

AzVision.az xəbər verir ki, Almaniyanın nüfuzlu “Fokus” jurnalı bu iddia ilə çıxış edib. Jurnal BND-nin kansler Helmut Şmidtin əmriylə Türkiyəni dinləməyə başladığını yazıb.

“Fokus”un yazdığına görə, dinləmə qərarını verən komissiya kansler aparatı, müdafiə nazirliyi, xarici işlər nazirliyi və iqtisadiyyat nazirliyi əməkdaşlarından ibarət olub.

Qeyd edək ki, bir neçə gün öncə Almaniya kəşfiyyatının Türkiyəni dinləməsi haqda “Der Spiegel” dərgisi məlumat yaymışdı. Bu olay ölkələr arasında siyasi qalmaqala səbəb olub. Türkiyə Almaniyaya rəsmi etiraz edərək məsələ ilə bağlı izahat tələb etmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti