Obama və Merkel Rusiyanı təhdid etdi

Obama və Merkel Rusiyanı təhdid etdi
  23 Avqust 2014    Oxunub:1687
ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel telefon danışığı zamanı Rusiyanın göndərdiyi humanitar yardım karvanın Ukrayna ərazisinə daxil olmasını münaqişənin gərinləşdirilməsi kimi qiymətləndiriblər.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

Ağ Ev rəsminin sözlərinə görə, Kiyevlə razılaşdırılmayan bu addım rəsmi Moskvanın növbəti təxribatı və Ukraynanın müstəqilliyinin və ərazi bütövlüyünün pozulmasıdır.

Obama və Merkel həmçinin, Ukrayna ilə sərhəddə xeyli sayda Rusiya əsgərlərinin cəmləşməsinə görə, narajat olduqlarını bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti