Putin: `Bu yolverilməz idi`

Putin: `Bu yolverilməz idi`
  23 Avqust 2014    Oxunub:1770
Humanitar fəlakət yaşayan Ukraynanın cənub-şərq regionlarına yardımın çatdırılması məsələsində rəsmi Kiyevin açıq şəkildə süründürməçilik nümayiş etdirdiyini nəzərə alaraq yük karvanının yola düşməsinə qərar verilib.
AzVision.az-ın məlumatına görə, İTAR-TASS agentliyi xəbər verir ki, bu barrədə Rusiya prezidenti Vladimir Putin Almaniyanın kansleri Anqela Merkel ilə telefon danışığı zamanı bildirib.

"Bu məsələnin getdikcə uzadılması yolverilməz idi", deyə Putin vurğulayıb.

Kremlin mətbuat xidməti qeyd edir ki, telefon danışığı Merkelin Ukraynaya avqustun 23-nə planlaşdırılan səfəri ərəfisində Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub. (apa)


Teqlər:





Xəbər lenti