İranın XİN müavini Qrossi ilə görüşəcək

   İranın XİN müavini Qrossi ilə görüşəcək
  17 Mart 2025    Oxunub:653
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bu gün Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi ilə görüşəcək.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuata açıqlamasında məlumat verib. O bildirib ki, gözlənilən görüş Tehranın BAEA ilə danışıqlarının bir hissəsidir.
Moskva İranın nüvə proqramı ilə əlaqədar diplomatik səylərə çağırır

Xatırladaq ki, martın 14-də Çinin paytaxtı Pekin şəhərində İranın nüvə proqramı məsələsi ilə əlaqədar üçtərəfli (İran, Rusiya və Çin) sammit keçirilib. Sammitə adıçəkilən ölkələrin xarici işlər nazirlərinin müavinləri Ma Çausu, Sergey Ryabkov və Kazım Qəribabadi qoşulublar. Tərəflər danışıqların müsbət başa çatdığını diqqətə çatdırıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   BAEA   nüvə-danışıqları  





Xəbər lenti