ABŞ-ın Yəmənə hücumu nəticəsində onlarla insan ölüb

ABŞ-ın Yəmənə hücumu nəticəsində onlarla insan ölüb
  16 Mart 2025    Oxunub:633
ABŞ-ın husilərə qarşı hərbi əməliyyat çərçivəsində Yəmənə hava hücumu nəticəsində 31 nəfər həlak olub. Bu barədə Reuters xəbər yayıb.
Al Arabia telekanalının məlumatına görə isə, yüzdən çox insan xəsarət alıb.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə husilərə qarşı genişmiqyaslı əməliyyata başladığını açıqlamışdı. Əməliyyat “Amerikanın maraqlarını qorumaq, düşmənləri çəkindirmək və naviqasiya azadlığını bərpa etmək üçün” Husi hədəflərinə qarşı bir sıra zərbələri əhatə edir.

Husilər də öz növbəsində “Amerika təcavüzünə” cavab verəcəklərini bəyan ediblər.

Röya Əliyeva
AzVision.az



Teqlər:





Xəbər lenti