DSX Hərbi Prokurorluqla birgə bayram tədbirləri keçirib - FOTOLAR

DSX Hərbi Prokurorluqla birgə bayram tədbirləri keçirib    - FOTOLAR
  17 Mart 2025    Oxunub:653
Xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin yaşadılması və gənc nəsilə aşılanması məqsədilə hər il təntənəli şəkildə qeyd olunan Novruz bayramı ərəfəsində Dövlət Sərhəd Xidməti (DSX) və Hərbi Prokurorluq tərəfindən hərbi hissələrdə silsilə tədbirlər keçirilib.
DSX-dən AzVision.az -a verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndələri, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.

Çıxış edənlər Azərbaycan xalqının qədim tarixə malik olan Novruz bayramının milli birlik və həmrəyliyi təcəssüm etdirdiyini ifadə etmiş, bu bayramın ölkəmizdə hər il böyük təntənə ilə qeyd edilməsinin dövlətin milli-mənəvi dəyərlərə verdiyi önəmin bariz nümunəsi olduğunu vurğulayıblar.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu sahəsində aparılan islahatların, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət daşıdığı xüsusi qeyd edilib.

Tədbirlərdə konsert proqramları təşkil olunub, bayram tonqalları qalanıb, Novruzun rəmzi personajları səhnəciklər nümayiş etdirərək hərbi qulluqçularla bayram sevincini bölüşmüş, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçulara Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun rəhbərliyi adından fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.

AzVision.az

Qalereya




Teqlər: DSX  





Xəbər lenti