Çin XİN: "Qırmızı dənizdə vəziyyəti gərginləşdirən hərəkətlərin əleyhinəyik"

      Çin XİN:    "Qırmızı dənizdə vəziyyəti gərginləşdirən hərəkətlərin əleyhinəyik"
  17 Mart 2025    Oxunub:670
Rəsmi Pekin Yəmənin iranyönümlü "Husi" qruplaşması ilə ABŞ-ni dialoqa çağırıb,
Bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin mətbuata açıqlamasında danışıb. O vurğulayıb ki, istər ABŞ-nin Yəməndə "Husi" qruplaşmasına məxsus obyektlərə aviazərbələr endirməsi, istərsə də husilərin cavab zərbələri ilə ABŞ-nin təyyarədaşıyan gəmilərini hədəfə almaları yolverilməzdir.

"Düşünürük ki, diplomatik dialoqla bu toqquşma öz həllini tapa bilər", - xanım sözçü bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın martın 15-də verdiyi gözlənilməz əmrə əsasən, ABŞ Hərbi Hava Qüvvələri Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşmasının mövqelərinə aviazərbələr endirməyə başlayıb. Öz növbəsində, husilər də ciddi əks-hücuma keçiblər. Onlar "Qəzza zolağında mühasirə başa çatmayınca bu ölkə ilə əlaqəli gəmiləri Qırmızı dəniz və ətraf sularda hədəfə alacaqlarını" diqqətə çatdırıblar.
Xamenei: "Müqavimət ABŞ-ni qızışdırır"

"Husi" qruplaşması ötən ilin noyabrından bəri Qəzzada müharibəyə etiraz məqsədilə Qırmızı dəniz regionunda əsasən İsraillə əlaqəli gəmiləri hədəfə almaqda idi. Bu dəniz ticarəti və ümumiyyətlə, qlobal iqtisadiyyatı ciddi təhlükə altına almışdı. ABŞ və Britaniya terrorçularla mübarizə məqsədilə regiona qoşun göndərmiş, onlara qarşı bir sıra uğurlu əməliyyat keçirmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Çin   husilər   ABŞ   reaksiya   reaksiyareaksiya  





Xəbər lenti