Yerləşdirmə Nansey adalar silsiləsinin təhlükəsizliyini gücləndirməyə yönəldiləcək. Bu adalar Çinin işğalı təhlükəsi altında olan Tayvana yaxın yerləşdiyi üçün strateji əhəmiyyət kəsb edir. “Type-12” raketləri Yufu (Oita prefekturası) və Kumamoto şəhərindəki Quru özünümüdafiə qüvvələrinin (QÖQ) zenit-raket alayının qarnizonunda yerləşdirilə bilər.
“Bu mərmilər fövqəladə hallar zamanı ölkəyə “cavab zərbəsi vurmaq qabiliyyəti imkanı” yaratmalıdır. Kyusyu adasına yerləşdirildikdə, Yapon qüvvələrinin əli Şimali Koreya və Çinin sahilyanı ərazilərinə əli çatacaq. Bununla belə, hakimiyyət bu cür hərəkətin onların ərazilərini potensial düşmənlər üçün hədəfə çevirəcəyindən ehtiyat edən yerli sakinlərin müqaviməti ilə üzləşir”, - nəşr vurğulayır.
Hələ 2022-ci ilin avqustunda Yaponiyanın bölgədə artan gərginlik səbəbindən 1000-dən çox uzaqmənzilli qanadlı raketləri hərbi arsenala qəbul edəcəyi və “Type-12” modernləşdirəcəyi bildirilmişdi. Həmin ilin dekabr ayında isə ölkə hökuməti potensial düşmənin ərazisindəki hədəflərə əks-hücum etmək hüququnu açıqlayan yeni milli təhlükəsizlik strategiyasını təsdiqlədi. Sənəddə həmçinin 2027-ci ilə qədər hərbi xərclərin demək olar ki, iki dəfə artırılaraq ÜDM-in 2%-nə çatdırılması təklif edilir.
![]() |
Çin Filippinə müraciət edib |
Öz növbəsində ABŞ Yaponiyada “Typhon” yerüstü raket sistemlərini yerləşdirmək istəyirdi. Əvvəllər buna Moskva ilə Vaşinqton arasındakı Orta və Yaxın mənzilli nüvə qüvvələr Müqaviləsi (INF Treaty) imkan vermirdi.
“Typhon” sistemlərinin Yaponiya ərazisində yerləşdirilməsi ABŞ-yə lazım gələrsə, Çin, Rusiya və Şimali Koreyanı vurmağa imkan verəcək. Bundan əlavə, ABŞ ordusu Çin və Tayvan arasında vəziyyətin gərginləşəcəyi təqdirdə Nansey adalarının cənub-qərb silsiləsi boyunca “HIMARS” sistemləri ilə təchiz olunmuş müvəqqəti bazalar yaradacaq.
Sahil İsgəndərov
AzVision.az