BMT Qəzza ilə bağlı bəyanat yayıb

   BMT Qəzza ilə bağlı bəyanat yayıb
  17 Mart 2025    Oxunub:677
BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) İsrailin humanitar yardımın blokadasını davam etdirdiyinə görə Qəzza zolağında ərzaq təminatı vəziyyətinin böhran vəziyyətində olduğunu bildirib.
AzVision.az xəbər verir ki, WFP-nin “X” sosila şəbəkəsində yerləşdirdiyi məlumatda bütün sərhəd keçidlərinin həm humanitar, həm də kommersiya yükləri üçün bağlı qalması səbəbindən martın 2-dən Qəzzaya ərzaq çatdırılmadığı vurğulanır.

“İsrailin Fələstin anklavını 15-ci gününə qədəm qoyan total blokadası artıq ərzaq qiymətlərinin kəskin artmasına səbəb olub. Bəzi əsas ərzaq məhsulları 200%-dən çox bahalaşıb”, - BMT qurumu bildirir.

Aİ Qəzzaya monitorinq missiyası göndərib - FOTOLAR
Xatırladaq ki, yanvarın ortalarında İsrail və Fələstinin radikal HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə atəşkəs elan etmək barədə razılığa gəliblər.

Lakin HƏMAS-ın ABŞ-nin xüsusi nümayəndsəi Stiven Vitkoffun Fələstin anklavında atəşkəslə bağlı danışıqları davam etdirmək planından boyun qaçırdığına görə, martın 2-dən İsrail Qəzzaya humanitar yardımın daşınmasını əngəlləyib və bütün keçid məntəqələrini bağlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   WFP   Qəzza   nöhran  





Xəbər lenti