Modi Zelenskiyə müraciət etdi - VİDEO

   Modi Zelenskiyə müraciət etdi    - VİDEO
  17 Mart 2025    Oxunub:721
Hindistanın baş naziri Narendra Modi Ukrayna lideri Volodimir Zelenskini Rusiya ilə birbaşa danışıqlara çağırıb.
AzVision.az xəbər verir ki, Hindistanın baş naziri Kiyevin öz müttəfiqləri ilə apara biləcəyi saysız-hesabsız müzakirələrin heç bir nəticə verməyəcəyini vurğulayıb.

“Bunun əvəzinə hər iki tərəf müzakirələrdə iştirak etməlidir. Dünyada səni nə qədər insanın dəstəkləməsinə baxmayaraq, döyüş meydanında heç vaxt həll yolu olmayacaq. Həll yalnız həm Ukrayna, həm də Rusiya danışıqlar masasına oturduqda gələcək. mövcud vəziyyət “mənalı və məhsuldar danışıqlar üçün fürsət” verir”, - Narendra Modi Volodimir Zelenskiyə xitabən deyib.

Qeyd edək ki, bu gün Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqanın Hindistana üç günlük rəsmi səfəri başlayır.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Modi   Zelenski   müraciət  





Xəbər lenti