Rusiya ilə Ukrayna torpaqlarının bölünməsi müzakirə olunur - "Reuters"

   Rusiya ilə Ukrayna torpaqlarının bölünməsi müzakirə olunur    - "Reuters"
  17 Mart 2025    Oxunub:691
ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə aparacağı danışıqlar zamanı Rusiya ilə Ukrayna arasında ərazilərin və müəyyən aktivlərin bölünməsi məsələsini müzakirə etməyi planlaşdırır.
Bu fikirlər "Reuters"də dərc olunan məqalədəndir.
Qeyd edilib ki, Trampa Rusiyanın nəzarəti altında olan Zaporojye Atom Elektrik Stansiyası (AES) barədə də sual verilib. Jurnalistlər AES-lə bağlı hər iki tərəfin güzəştlərinin nəzərdə tutulub-tutulmamasını soruşublar. Tramp deyib ki, ərazilərlə yanaşı elektrik stansiyaları haqqında da danışacaqlar.

Zelenski Kremli ittiham edir
"Məncə, bu məsələlərin çoxu hər iki tərəfdə, Ukrayna və Rusiyada müzakirə olunur. Biz artıq bu barədə, müəyyən aktivlərin bölünməsindən danışırıq", - "Reuters" Amerika prezidentinin sözlərindən sitat gətirib.

Tramp bundan əvvəl Rusiya lideri Putinlə çərşənbə axşamı danışmağı planlaşdırdığını demişdi.

Qeyd edək ki, Tramp prezident seçiləndən sonra Ukrayna cəbhəsində vəziyyət Kremlin xeyrinə dəyişib.

Martın 13-də “Şimal” qüvvələr qrupunun komandanlığı Rusiya prezidenti Vladimir Putinə Kurskun 2024-cü ilin avqustunda başlamış işğalına son qoyulması üzrə əməliyyatın son mərhələsinə çatdığını bildirib.

Putin isə Kurskdan danışarkən sərhəd bölgəsindəki ukraynalı hərbi qruplaşmaların tamamilə təcrid olunduğunu və onların atəş nəzarəti altında qaldıqlarını bildirmişdi. O vurğulayıb ki, bütün əsirlərlə Rusiya qanunlarına uyğun olaraq humanist rəftar edilməlidir. Lakin əcnəbi muzdlular hərbi əsirlərə dair Cenevrə Konvensiyasına daxil deyil. Bundan başqa, Kursk vilayətində dinc əhaliyə qarşı cinayət törədənlərin əməlləri Rusiya hakimiyyəti tərəfindən terrorizm kimi qiymətləndirilir.

Bir neçə gün öncə isə Rusiya prezidenti Vladimir Putin de-fakto Ukraynada dərhal 30 günlük atəşkəs barədə Vaşinqtonun təklifini rədd edib. O, Rusiyanın ümumilikdə atəşkəslə “razılaşdığını desə də, “nüanslar” olduğunu bildirib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Tramp  





Xəbər lenti