Tokio Çinin Tayvana müdaxiləsinə hazırlaşır

   Tokio Çinin Tayvana müdaxiləsinə hazırlaşır
  17 Mart 2025    Oxunub:787
Yaponiya 2026-cı ilin martından cənub-qərbdəki Kyusyu adasında uzaqmənzilli “Type-12” raketlərini yerləşdirməyi nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, hökumətdəki mənbələrə istinad edən “Kyodo” nəşrinin məlumatına əsasən, söhbət təqribən 1000 km zərbə radiusu olan gəmi əleyhinə raketlərin modernləşdirilmiş variantından gedir.

Yerləşdirmə Nansey adalar silsiləsinin təhlükəsizliyini gücləndirməyə yönəldiləcək. Bu adalar Çinin işğalı təhlükəsi altında olan Tayvana yaxın yerləşdiyi üçün strateji əhəmiyyət kəsb edir. “Type-12” raketləri Yufu (Oita prefekturası) və Kumamoto şəhərindəki Quru özünümüdafiə qüvvələrinin (QÖQ) zenit-raket alayının qarnizonunda yerləşdirilə bilər.

“Bu mərmilər fövqəladə hallar zamanı ölkəyə “cavab zərbəsi vurmaq qabiliyyəti imkanı” yaratmalıdır. Kyusyu adasına yerləşdirildikdə, Yapon qüvvələrinin əli Şimali Koreya və Çinin sahilyanı ərazilərinə əli çatacaq. Bununla belə, hakimiyyət bu cür hərəkətin onların ərazilərini potensial düşmənlər üçün hədəfə çevirəcəyindən ehtiyat edən yerli sakinlərin müqaviməti ilə üzləşir”, - nəşr vurğulayır.

Hələ 2022-ci ilin avqustunda Yaponiyanın bölgədə artan gərginlik səbəbindən 1000-dən çox uzaqmənzilli qanadlı raketləri hərbi arsenala qəbul edəcəyi və “Type-12” modernləşdirəcəyi bildirilmişdi. Həmin ilin dekabr ayında isə ölkə hökuməti potensial düşmənin ərazisindəki hədəflərə əks-hücum etmək hüququnu açıqlayan yeni milli təhlükəsizlik strategiyasını təsdiqlədi. Sənəddə həmçinin 2027-ci ilə qədər hərbi xərclərin demək olar ki, iki dəfə artırılaraq ÜDM-in 2%-nə çatdırılması təklif edilir.

Çin Filippinə müraciət edib
2030-cu illərin ortalarında Yaponiya Saxalindən 43 km aralıda yerləşən Hokkaydo adasında hipersəs raketləri yerləşdirməyə hazırlaşır. Cavab zərbələri endirmək qabiliyyətinə malik olmaq üçün hökumət nəinki “Type-12” raketklərinin uçuş məsafəsini artırmağı və özünün hipersəs silahların inkişafını, həm də 2500 km-ə qədər məsafə qət edə bilən Amerikanın “Tomahawk” qanadlı raketlərini almağı planlaşdırır.

Öz növbəsində ABŞ Yaponiyada “Typhon” yerüstü raket sistemlərini yerləşdirmək istəyirdi. Əvvəllər buna Moskva ilə Vaşinqton arasındakı Orta və Yaxın mənzilli nüvə qüvvələr Müqaviləsi (INF Treaty) imkan vermirdi.

“Typhon” sistemlərinin Yaponiya ərazisində yerləşdirilməsi ABŞ-yə lazım gələrsə, Çin, Rusiya və Şimali Koreyanı vurmağa imkan verəcək. Bundan əlavə, ABŞ ordusu Çin və Tayvan arasında vəziyyətin gərginləşəcəyi təqdirdə Nansey adalarının cənub-qərb silsiləsi boyunca “HIMARS” sistemləri ilə təchiz olunmuş müvəqqəti bazalar yaradacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Yaponiya   Çin   Tayvan  





Xəbər lenti