Kirayə yaşadıqları evdən oğurluq edən şəxslər saxlanılıblar

Kirayə yaşadıqları evdən oğurluq edən şəxslər saxlanılıblar
  08 Fevral 2025    Oxunub:360
Bakıda kirayə yaşadıqları evdən 3 min manat dəyərində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən AzVision.az -a məlumat verilib ki, Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində yerləşən evlərin birindən 3 min manat dəyərində geyim və məişət əşyalarının oğurlanması barədə Səbail RPİ 41-ci Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin evdə kirayədə yaşayan M.Cavadov və əvvəllər məhkum olunmuş A.Cavadova müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

AzVision.az


Teqlər: hadisə   oğurluq   DİN  





Xəbər lenti