ATƏT yenə narahatdır

ATƏT yenə narahatdır
  23 İyul 2014    Oxunub:982
ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki yeni zorakılıq faktlarından narahat olduqlarını bildirən bəyanat yayacaqlar.
AzVision.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter səhifəsində yazıb.

Eyni zamanda Ceyms Uorlik bildirib ki, Minsk qrupunun nümayəndələrini və ATƏT-in baş katibini son müzakirələr barədə məlumatlandırmaq üçün Vyanaya yollanıb.

Qeyd edək ki, ötən gün ATƏT-in Minsk qrupunun həmsədrləri Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşılığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti