"Ermənistan hakimiyyəti xarici dəstək hesabına yaşayır"

   "Ermənistan hakimiyyəti    xarici dəstək    hesabına yaşayır"
  28 Yanvar 2025    Oxunub:586
"Hazırda Ermənistan hakimiyyətinin anormallığı şəraitində müxalifətin ritorikası da qeyri-sağlamdır. Müxalifətin iqtidar qarşısında acizliyinin, onu devirə bilməməsinin əsas səbəblərindən biri rəsmi İrəvanın xaricdən dəstək almasıdır".
Bu sözləri Ermənistanın Respublikaçılar Partiyasının üzvü, müdafiə nazirinin sabiq müavini Artak Zakaryan paytaxt İrəvanın yaxınlığında yerləşən "Yerablur" hərbi məzarlığında jurnalistlərə açıqlamasında dilə gətirib.

"Daima öz dövlətinin, təhlükəsizliyinin, xalqının mənafeyinə zidd addımlar atan bu cür hakimiyyətlər yalnız 300-400 ildə bir dəfə təkrarlanır. Dünyanın ayrı yerində beləsi tapılmaz. Şübhəsiz ki, onlara xaricdən davamlı dəstək var. Belə anormal hakimiyyət altında müxalifət də tədricən anormallaşır. Əks təqdirdə, normal hakimiyyətdə müxalifət də normal işlər görərdi", - müxalifət üzvü vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   hakimiyyət   müxalifət  





Xəbər lenti