Latın Amerikası liderləri təcili görüş keçirəcəklər

   Latın Amerikası liderləri    təcili görüş    keçirəcəklər
  28 Yanvar 2025    Oxunub:598
Latın Amerikası ölkələrinin liderləri cümə axşamı ABŞ prezidenti Donald Trampın siyasəti ilə bağlı təcili toplantı keçirmək istəyirlər.
AzVision.az xəbər verir ki, Latın Amerikasından olan yüksək vəzifəli diplomata istinad edən “Financial Times (FT)” nəşri belə məlumat yayıb.

“Latın Amerikası ölkələrinin Vaşinqtondakı səfirliklərində böyük narahatlıq var. Deyəsən, biz 1897-ci ilə, Kuba və Filippini işğal edən ABŞ prezidenti Uilyam MakKinlinin (1897-1901) dövrünə qayıdırıq”, - mənbə qəzetə açıqlamasında deyib.

“FT”-nin məlumatına görə, sammiti Latın Amerikası və Karib Hövzəsi Ölkələri Birliyinə rəhbərlik edən Honduras prezidenti Siomara Kastro çağırır. Bunu Vaşinqtonun təzyiqi altında ABŞ-dən deportasiya olunmuş qeyri-qanuni mühacirləri daşıyan təyyarələrin qəbuluna razılıq verən Kolumbiya prezidenti Qustavo Petro tələb edib. Mövcud vəziyyətlə bağlı Kuba və Venesuela Petroya dəstək ifadə etsələr də, Braziliya və Meksika ictimai şərhlərdən çəkinib. Kastronun sözlərinə görə, sammitin mövzuları miqrasiya, ətraf mühit və regional birlik olacaq.

Qəzetin həmsöhbətləri diqqəti cəlb etmədən mövqeləri əlaqələndirmək və ictimai bəyanatlar verməzdən əvvəl atmosferin sakitləşməsini gözləmək istədiklərini vurğulayıblar.

- Petro Trampla işi necə aparmamağı öyrətdi. O, sosial şəbəkədə savaşa girdi, lakin mübarizəni davam etdirməyə imkanı yox idi”, – başqa bir diplomat qəzetlə söhbətində diqqətə çatdırıb.

Diplomatların və müşahidəçilərin firkincə, əvvəllər Latın Amerikasında sərmayə və ticarət əlaqələrini aqressiv şəkildə artıran Pekin, Trampın siyasətini Çinin region üçün daha etibarlı tərəfdaş olduğunu göstərmək fürsəti kimi qiymətləndirə bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: TYramp   LatınAmerikası"   Çin  





Xəbər lenti