Özbəkistanla "Hərtərəfli Tədbirlər Proqramı" imzalandı

   Özbəkistanla "Hərtərəfli Tədbirlər Proqramı" imzalandı
  29 Yanvar 2025    Oxunub:565
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankarada səfərdə olan Azərbaycan və Özbəkistan XİN başçıları görüş çərçivəsində Azərbaycan-Özbəkistan alyansının siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və rabitə aspektərini, həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Türk Dövlətləri Təşkilatı, BMT, İƏT, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı da daxil olmaqla regional və beynəlxalq əməkdaşlıq yolları, eləcə də müxtəlif çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın perspektivləri də gündəmdə olub.

Ceyhun Bayramov həmkarını regionda sülh səyləri, mövcud çağırışlar və sülh prosesinə olan təhdidlər barədə məlumatlandırıb.

Nazirlər həmçinin Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsinə dair "Hərtərəfli Tədbirlər Proqramı"nı imzalayıb və təsdiq ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti