Mixneviç: "Ermənistanın Qərbə üz tutması İranla əlaqələrini də korlaya bilər" - VİDEO

      Mixneviç:    "Ermənistanın Qərbə üz tutması İranla əlaqələrini də korlaya bilər" -    VİDEO
  27 Yanvar 2025    Oxunub:544
"Ermənistanın eyni zamanda həm Avropa İttifaqında (Aİ), həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) mövcudluğu qeyri-mümkündür. Rəsmi İrəvan dəqiq qərar verməlidir".
Bu sözləri Avrasiya İqtisadi İttifaqının İşgüzar Şurasının icraçı katibi, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının icraçı direktoru Sergey Mixneviç "Sputnik" xəbər agentliyinə müsahibəsində bildirib. O vurğulayıb ki, İrəvan Aİİ-nin əleyhinə qərar çıxararsa, ağır kompensasiya altına girəcək.

"Belə bir şəraitdə Aİİ zəruri tarif mühafizəsi tədbirlərinə başlayacaq. Nəticədə Ermənistanın Avrasiya ölkələri ilə ticarət əlaqələri ciddi surətdə zəifləyəcək. Nəzərə alsaq ki, Ermənistanın Aİİ ilə ticarətinin həcmi bütün Aİ ölkələri ilə müqayisədə təqribən 1,8 dəfə çoxdur, onda gözləyirik ki, onlar öz fayda və riskləri ilə bağlı qiymətləndirmələrə diqqətlə və praqmatik yanaşacaqlar", - Mixneviç deyib.

Onun sözlərinə görə, İrəvanın Avropa İttifaqına qoşulmaq cəhdi İranla iqtisadi əlaqələrinə də mənfi təsir göstərəcək.

"Ermənistan İranla ticarət əlaqələrindən səmərəli şəkildə faydalanır ki, bu da, əlbəttə, onun Aİİ mövcudluğundan irəli gəlir. Ən azından, beynəlxalq təcrübəyə əsasən, Ermənistan hakimiyyəti bu nəticəsiz proseslə bağlı xəbərdar edilməlidir", - katib vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Aİİ    





Xəbər lenti