Putin Solovyova sui-qəsddən danışdı: "Qərb terrora keçib" |
Dövlət Dumasının sədri Rusiya Federasiyasına qarşı amansız mübarizə aparıldığını iddia edib: "Bizim üzləşdiyimiz çağırışların və təhdidlərin miqyasını hamı anlamalıdır. Bu, öz məsuliyyətimizi hiss etmək deməkdir". Volodinin sözlərinə görə, Putin hər şeyi edir ki, ölkəni gücləndirsin, eləcə də sülhə nail olaraq qlobal təhlükəsizlik məsələlərini həll etsin.
Spiker amerikalı jurnalist Taker Karlsonun ABŞ-nin keçmiş prezidenti Cozef Bayden administrasiyasının Putini “öldürməyə cəhd etməsi” ilə bağlı iddialarını hərtərəfli araşdırmağa çağırıb.
Dövlət Dumasının deputatı Mixail Şeremet isə Karlsonun səsləndirdiyi qalmaqallı iddiaların yoxlanılması üçün cinayət işinin açılacağını istisna etməyib. Şeremet həmçinin ötən ilin yayında hazırkı dövlət başçısı Donald Trampa qarşı sui-qəsdin arxasında keçmiş ABŞ prezidentinin administrasiyasının ola biləcəyini də istisna etməyib.
Qeyd edək ki, yanvarın 28-də Kremlin sözçüsü Dmitri Peskov da brifinq zamanı Karlsonun Bayden administrasiyasının Putini “öldürməyə cəhd etməsi” ilə bağlı bəyanatını şərh edib. O, jurnalistin Kremlə bu barədə hər hansı məlumat daxil olub-olmadığını və əlavə təhlükəsizlik tədbirlərinin görülüb-götürülməməsi ilə bağlı sualını cavablandırarkən deyib: "Putin həmişə Rusiya xüsusi xidmət orqanları tərəfindən qorunur".
Xatırladaq ki, məşhur amerikalı jurnalist Taker Karlson bu günlərdə Cozef Bayden administrasiyası tərəfindən Vladimir Putinə sui-qəsd ilə bağlı planların olduğunu açıqlamışdı.
Tural Tağıyev
AzVision.az